TÜRKPA və AQEM arasında davamlı əməkdaşlığın vacibliyi vurğulanıb - FOTO

15:03 18.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Antalyada V Antalya Diplomatiya Forumu çərçivəsində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi səfir Kayrat Sarıbay ilə görüşüb.

TÜRKPA-dan hafta.az-a bildirilib ki, görüş zamanı tərəflər təşkilatlarının cari fəaliyyəti barədə məlumat verib və gələcək əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparıblar.

Həmçinin təşkilatlar arasında davamlı əməkdaşlığın vacibliyi vurğulanıb, qarşılıqlı dəstək ifadə edilib.