Üç ədəd tüfəng və bir ədəd qumbara təhvil verildi

10:52 24.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.

DİN-in Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, martın 23-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 ədəd tüfəng və 1 ədəd qumbara təhvil götürüblər.