Ucarda 50 yaşlı kişinin meyiti tapılıb

12:52 06.10.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Oktyabrın 5-də gecə saat 23 radələrində Ucar şəhər sakini, 1973-cü il təvəllüdlü Ə.Məmmədovun yaşadığı evin qarşısında vəfat etməsi barədə polisə məlumat daxil olub.

Hafta.az apa-ya istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal polis və prokurorluq əməkdaşları hadisə yerinə cəlb olunublar.

İlkin xarici müayinə zamanı mərhumun üzərində heç bir xəsarət izi aşkarlanmayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.