Üçotaqlı mənzildə yanğın

22:56 10.10.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 80 kvadratmetr olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları və dam örtüyü 20 kvadratmetr sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a bildirilib ki, yüksək temperaturdan mətbəx mebeli 5 poqonometr və 1 ədəd soyuducu qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.