Uduzan AŞPA, Avropa İttifaqı olacaq - RƏY

14:09 25.01.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyi tam bərpa etdikdən sonra Qərb dünyası, xüsusən də Avropanın beynəlxalq təşkilatları Azərbaycana qarşı koordinasiyalı şəkildə təzyiq və təhdid kompaniyası həyata keçirir”.

Bunu hafta.az-a siyasi ekspert Vüqar Dadaşov Avropadan Azərbaycana qarşı yönələn ittihamlar, qərəzlə bağlı şərhində bildirib.

Ekspert hesab edir ki, 19-20 sentyabr 2023-cü il tarixdən sonra Qərbin, Avropanın Azərbaycana qarşı təzyiqlərinin daha da güclənməsinin öz siyasi məqsədləri var.

“İtirilmiş təsir vasitəsinin bərpası və ya yeni təsir imkanını qazanmaq, Cənubi Qafqazla bağlı siyasəti reallaşdırmaq, Rusiyanı regiondan sıxışdırmaq, ən əsası isə güclü, qüdrətli Azərbaycan və Türkiyənin inkişafının qarşısını almaq əsas məqsəddir.

"Ermənistanın təhlükəsizliyi", "insan haqları" , "siyasi məhbus" və sair hədəflərini gizlətməyə çalışan Avropanın Azərbaycana qarşı istifadə etdiyi vasitədir”.

V.Dadaşov qeyd edib ki, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) təmsil olunan Azərbaycan nümayəndə heyətinə, yanvarın 24-də keçiriləcək AŞPA - nın iclasında Azərbaycana qarşı hansı addım atılacağı məlum idi. Ona görə də Azərbaycan nümayəndə heyyətinin AŞPA-dakı fəaliyətini qeyri-müəyyən müddətə dondurmaq haqqında bəyanatı AŞPA-nın məlum qərarını əhəmiyyətsiz hala salıb.

“AŞPA-dakı iclasda Azərbaycanın haqq səsini müdafiə edənlər də və hətta baş verənləri "Avropanın parcalanması" kimi, dəyərləndirən ölkələr də oldu. Ancaq, fakt faktlığında qalır, AŞPA siyasi sifarişi yerinə yetirdi.

Qərb və Avropa güclü və qüdrətli Azərbaycan və Türkiyəni türk və islam dünyasının lokamativi kimi, özünə təhlükə hesab edir. Avropa Birliyinin üzvü türk mənşəli Macarıstanın elə Qərbin özü tərəfindən sıxışdırılması qeyd edilənlərə əyani sübutdur. Digər tərəfdən, Qərb bütün gücü ilə Azərbaycanı işğal faktı ilə barışmağa və faktı rəsmiləşdirməyə çalışırdı. Qərbin, Avropanın yeritdiyi demokratiya, azad söz, insan haqlları kimi, məfumlar, ancaq öz siyasətini yeritmək üçün bir silahdır. Heç şübhəsiz ki, gələcəkdə Qərb yeni bəhanələr düşünəcək. Gələcək nəsillərimiz bunu yaxşı bilməli və hazırlıqlı olmalıdır. Uduzan məhz AŞPA, Avropa İttifaqı olacaq”.