Ukrayna bu istiqamətdə Rusiya ordusunun 4 rotasını məhv etdi

19:20 16.06.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Ukrayna Silahlı Qüvvələri Tavriya istiqamətində bir sutka ərzində Rusiyanın dörd rotasını(bölük) məhv edib, həmçinin onların 53 texnikasını sıradan çıxarıb və ya zədələyib.

Hafta.az xəbər verir ki, bu barədə iyunun 16-da “Tavriya” qoşunlarının əməliyyat-strateji qrupunun komandiri Aleksandr Tarnavski məlumat verib.

Tarnavski qeyd edib ki, Ukrayna Müdafiə Qüvvələri rus qoşunlarını dövlətin ərazisindən çıxarmaqda davam edir. Belə ki, son 24 saat ərzində Tavriya istiqamətində 36 toqquşma baş verib və 578 atəş qeydə alınıb.

"Düşmənin ölən və yaralananlar arasında itkisi dörddən çox rota təşkil edib. Düşmənin 53 hərbi texnikası məhv edilib və zədələnib", - Tarnavski bildirib.