Ukrayna bu torpaqlardan imtina etməlidir – Baş nazir

16:06 22.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ukrayna müharibəni dayandırmaq üçün işğal etdiyi ərazilərini Rusiyaya verməli və NATO üzvlüyündən imtina etməlidir. Bu açıqlama ilə Slovakiyanın baş naziri Robert Fiko çıxış edib.

“Bir növ kompromis olmalıdır. Onlar nə gözləyirlər ki, ruslar Krımı, Donbası, Luqanski tərk edəcəklər? Bu qeyri-realdır”, - deyə Fiko RTVS ictimai televiziya kanalına müsahibəsində bildirib.

O, həmçinin bildirib ki, Slovakiya Ukraynanın NATO-ya üzv olmaq üçün müraciətinə mane olacaq. Fiko yanvarın 24-də Ujqorodda keçiriləcək iclasda bu barədə Ukraynanın baş naziri Denis Şmıqala məlumat verəcəyini vəd edib.

Həmçinin, onun sözlərinə görə, Slovakiya bundan sonra Ukraynaya silah verməyəcək, lakin kommersiya xarakterli silah tədarükünə müdaxilə etməyəcək: “Kim istədiyini etmək istəyir, silahdan pul qazansın. Slovakiya şirkətləri olmayacaq, amma Amerika şirkətləri olacaq”.

Eyni zamanda, Fiko Ukraynanın Aİ-yə üzvlüyünü dəstəkləyəcəyinə inandırıb: “Lakin onlar bütün zəruri tələbləri yerinə yetirməlidirlər, çünki onlara cavab verməyən ölkə Avropa İttifaqının üzvü ola bilməz”.

Fiko rusiyayönlü siyasətçi hesab olunur. O, hakimiyyətə gəldikdən sonra Slovakiya Rusiya və Belarusla 2022-ci ilin martında müharibənin başlamasından sonra kəsilən mədəniyyət sahəsində əməkdaşlığı bərpa edib.