Ukrayna Danimarka ilə danışıqlara başladığını elan edib

20:29 08.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ukrayna və Danimarka təhlükəsizlik zəmanətləri üzrə ikitərəfli sazişin bağlanması üzrə danışıqlara başlayıb. Bu məlumatı Ukrayna prezidenti Vladimir Zelenskinin mətbuat xidməti yayıb.

“Ukrayna tərəfi ikitərəfli təhlükəsizlik öhdəliklərinin bağlanması üçün Danimarka ilə ətraflı danışıqlara başlayıb”, - nəşr yazır.

Prezident aparatından verilən məlumata görə, müzakirələr bir qrup Avropa ölkəsinin, o cümlədən Danimarkanın qoşulduğu G7-nin Ukraynaya dəstək haqqında birgə bəyannaməsinin icrası çərçivəsində başlayıb.

Bəyanatda qeyd olunub ki, tərəflər qarşıdan gələn ikitərəfli təhlükəsizlik öhdəliklərinin əsas elementləri barədə danışıb və gələcək danışıqlar üçün qrafiki razılaşdırıblar.Ukrayna Danimarka ilə danışıqlara başladığını elan edib
Ukrayna və Danimarka təhlükəsizlik zəmanətləri üzrə ikitərəfli sazişin bağlanması üzrə danışıqlara başlayıb. Bu məlumatı Ukrayna prezidenti Vladimir Zelenskinin mətbuat xidməti yayıb.

“Ukrayna tərəfi ikitərəfli təhlükəsizlik öhdəliklərinin bağlanması üçün Danimarka ilə ətraflı danışıqlara başlayıb”, - nəşr yazır.

Prezident aparatından verilən məlumata görə, müzakirələr bir qrup Avropa ölkəsinin, o cümlədən Danimarkanın qoşulduğu G7-nin Ukraynaya dəstək haqqında birgə bəyannaməsinin icrası çərçivəsində başlayıb.

Bəyanatda qeyd olunub ki, tərəflər qarşıdan gələn ikitərəfli təhlükəsizlik öhdəliklərinin əsas elementləri barədə danışıb və gələcək danışıqlar üçün qrafiki razılaşdırıblar.