Ukrayna ərazisində 2 milyondan çox Rusiya pasportu paylanılıb

18:19 27.02.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Rusiya Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində artıq 2 milyondan çox Rusiya pasportunu payladıqlarını bildirib.

Hafta.az xəbər verir ki, “İnterfaks” agentliyi bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Rostov Baş İdarəsinin rəisi Oleq Aqarkova istinadla məlumat yayıb.

“Prioritet vəzifələrdən biri yeni subyektlərimizin (ruslar müvəqqəti işğal olunmuş əraziləri belə adlandırırlar - red.) sakinlərinin sənədləşdirilməsidir. Bu günə kimi Rusiya Federasiyasının yeni vətəndaşlarına iki milyondan artıq pasport verilib”.

Rəsminin sözlərinə görə, 2023-cü ildə onun idarəsinin əməkdaşları Ukraynanın işğal olunmuş ərazilərinə həftəlik “işgüzar səfərlərə” gediblər. Aqarkov qeyd edib ki, ümumilikdə keçən il 716 Rostov polisi ezam edilib.

Bundan əlavə, onun məlumatlarına görə, Daxili İşlər Nazirliyinin Rostov vilayəti üzrə İnformasiya Mərkəzi 2023-cü ildə Ukraynanın işğal olunmuş ərazilərinin bir milyondan çox sakinini qeydə alıb.

"Zaporojye və Xerson vilayətlərində mərkəzləşdirilmiş qeydlərə qoşulmaqla barmaq izi kartlarının qəbulu və emalı üçün serverlər quraşdırılıb və texniki xidmət göstərilib. Barmaq izi məlumatları Luqansk və Donetsk Xalq Respublikalarında qəbul edilir və emal edilir", - deyə  Aqarkov bildirib.

Oxunma sayı 86