Ukrayna Kiyevdən rus səfiri qovur

15:43 18.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ukrayna Rusiyanın Kiyev səfirliyinin baş diplomatını ölkədən qovur.

Hafta.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Rusiyanın Kiyevdəki səfirliyinin baş diplomatı 19 apreldən başlayaraq 72 saat ərzində Ukraynanı tərk etməlidir", - deyə XİN-dən verilən açıqlamada bildirilib.

XİN belə bir addımın atılmasına səbəb kimi Rusiyanın Sankt-Peterburqdakı Ukrayna konsulunu xaricetmə qərarını göstərib.