Yazını böyüt
Yazını kiçilt
Ukrayna hava-desant qoşunlarının keçmiş komandanı, general-leytenant Mixail Zabrodski Britaniyanın “The Economist” jurnalına müsahibəsində Kiyevin Krımı 2023-cü ilə qədər qaytarmaq üçün əməliyyat hazırladığını bildirib.
Zabrodski əməliyyatın başlaması üçün konkret tarixlər açıqlamayıb, sadəcə əlavə edib ki, əvvəlcə “çox döyüşlərdə qalib gəlmək” lazımdır.
“Əgər biz sosial şəbəkələrdə və televiziyada planlarımızı bildirsəydik, heç nəyə nail olmazdıq”, - deyə hərbçi bildirib.
“The Economist” yazır ki, Kiyevin Qərb müttəfiqləri Krımın və ya Donbasın qaytarılması əməliyyatının münaqişəni nüvə silahından istifadə həddinə çatdıra biləcəyindən ehtiyat edirlər.