Ukrayna ordusu daha bir uğur qazanıb. Ukrayna hərbçiləri Donetsk vilayətinin Rovnopol şəhərini nəzarətə götürüb.
Hafta.az “TSN”-ə istinadla xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar məlumat yayıb.
"Rovnopol - Staromayorskoe istiqamətində Ukrayna qoşunları qismən uğur qazanıb, əldə edilmiş xətlərdə möhkəmlənib, müəyyən edilmiş düşmən hədəflərinə artilleriya zərbələri vurub və əks-batareya tədbirləri həyata keçirir", - Baş Qərargahın daha əvvəlki məlumatında bildirilib.
Ukrayna Müdafiə Qüvvələri son həftələrdə Berdyansk və Melitopol istiqamətlərində əks-hücum əməliyyatları keçirərək bir sıra yaşayış məntəqələrini nəzarətə götürüb. Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı Müdafiə Nazirliyinin xəbərdarlıq etdiyi kimi, heç bir anons vermədən həyata keçirilir. Bundan əlavə, hərbçilər ukraynalılara müraciət edərək informasiya susqunluğunu qorumağa çağırıb.
Qeyd edək ki, Rovnopol - Donetsk vilayətinin Volnovax rayonunda kənddir. Hələ 2001-ci il məlumatına görə, əhalisi 1500 nəfərə yaxındır.