Ukrayna ordusu Nikolayev aerodromunu geri aldı

21:49 04.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ukrayna ordusunun hərbi qulluqçuları Nikolayev hərbi aerodromuna nəzarəti ələ alıblar.

 

Hafta.az xəbər verir ki, bu barədə Nikolayev Regional Hərbi Administrasiyasının rəhbəri Vitali Kim məlumat yayıb.

 

Bildirilir ki, hazırda döyüş şəhərin kənarında davam edir.

 

Qeyd edək ki, bu gün Rusiya qoşunları Nikolayev şəhərinə hücum edib. Atışma nəticəsində mülki əhali arasında itkilər olub.