Silahlı Qüvvələr Robotino şəhəri yaxınlığında da düşmənin hücumunu dəf edib...
“Ukrayna Silahlı Qüvvələri Zaporojye vilayətinin Verbovoye bölgəsində yaxşı işləyir - ukraynalı müdafiəçilər irəliləyərkən işğalçıları bəzi mövqeləri tərk etməyə məcbur ediblər”.
Hafta.az “TSN”-ə istinadla xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının yanvarın 3-nə olan səhər hesabatında belə deyilir.
"Zaporojye istiqamətində Müdafiə Qüvvələri Zaporojye vilayətinin Robotino yaxınlığında düşmənin hücumunu dəf edib. Verbovoye rayonunda qoşunlarımız irəliləyərək düşməni bəzi mövqelərini tərk etməyə məcbur ediblər", - deyə məlumatda bildirilir.
Bundan əlavə, Avdeyevka istiqamətində Ukrayna Silahlı Qüvvələri Novobaxmutovkanın cənub-şərqində taktiki mövqeni möhkəmləndirib.
"Eyni zamanda Ukrayna Müdafiə Qüvvələri bütün cəbhə xətti boyunca düşməni tükəndirməklə işğalçı qüvvələrə canlı qüvvə və texnika ilə fəal şəkildə itkilər verməkdə davam edir", - Ukrayna komandanlığı vurğulayıb.