Ukrayna-Rusiya danışıqlarının növbəti raundu Türkiyədə keçiriləcək

20:04 27.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ukrayna-Rusiya danışıqlarının növbəti raundu Türkiyədə keçiriləcək.

Hafta.az-ın xəbərinə görə, bunu Ukrayna nümayəndə heyətinin üzvü David Araxamiya "Facebook" səhifəsində yazıb.

D. Araxamiya qeyd edib ki, Rusiya və Ukrayna nümayəndə heyətləri danışıqların növbəti raundunun 28-30 mart tarixlərində Türkiyədə keçirilməsi barədə razılığa gəliblər.

Rusiya nümayəndə heyətinin rəhbəri, Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski isə danışıqların növbəti raundunun 29-30 mart tarixlərində üzbəüz keçiriləcəyini bildirib.