Yanvarın 6-da Ukrayna Silahlı Qüvvələri Rusiya ilə işğal olunmuş Krım arasında dəmir yolu marşrutunun bir hissəsinə çevrilməli olan yarısı tikilmiş dəmir yolu körpüsünü dağıdıb.
Hafta.az “UNİAN”a istinadla xəbər verir ki, bu barədə Mariupol merinin müşaviri Pyotr Andryuşenko telegram-kanalında məlumat yayıb.
"Dünən Ukrayna Silahlı Qüvvələri Qranitnoye kəndi ərazisində yarı tikilmiş dəmir yolu körpüsünü, yanacaq çənlərini və mühəndis maşınlarını məqsədyönlü zərbə ilə dağıdıblar. Ruslar raketimizi vurmağa cəhd ediblər, lakin Rusiyanın "effektiv hava hücumundan müdafiəsi rolunda" mühəndislik bazası özü də yaxşı çıxış edib”, - Andryuşşenko yazıb və qeyd edib ki, indi Rusiyadan birbaşa dəmir yolunun işə salınması məsələsi uzun müddət üçün bağlı qalıb.
“Ukrayna ordusuna bonus kimi “səmavi cəzanı” endirmək üçün güclü cəhd sayəsində Mariupol vilayətində Rusiyanın yeni hava hücumundan müdafiə batareyalarının yeri müəyyən edilib və koordinatlar artıq müvafiq xidmətlərə ötürülüb”, - Andryuşenko əlavə edib.
Andryuşenko həmçinin Mariupol müqavimətinin nümayəndələrinə və "mühüm hərbi logistik infrastruktur obyektinin ləğvi üçün sübutlar əldə edən və dəstək verən" Mariupol bölgəsinin sakinlərinə təşəkkür edib.
Rusiya Federasiyası ilə Krım arasında birbaşa əlaqə haqda nə məlumdur?
2023-cü ilin noyabrında işğalçılar Rostov-Dondan ələ keçirdikləri Mariupol və Berdyansk şəhərləri vasitəsilə Krıma gedən dəmir yolunun tikintisinə başlandığını elan etmişdilər.
Bundan əvvəl Mariupol şəhər merinin müşaviri Pyotr Andryuşenko yazmışdı ki, düşmən Mariupol və Donetsklə birbaşa dəmir yolu əlaqəsi yaradır. O, həmçinin bildirmişdi ki, işğalçılar Rostovdan Mariupola yeni magistral yol çəkirlər.