Ukraynada arılar 28 rus hərbçisini sancdı - 3-Ü ÖLDÜ

17:25 01.04.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

ABŞ Ukraynaya gələcəyin silahlarını hələ vəd etdiyi halda, təbiətin özü Ukrayna Silahlı Qüvvələrinin tərəfində vuruşur. Bir neçə gün öncə Xerson vilayətində Rusiya işğalçılarının bir dəstəsini arıların sancdığı, nəticədə 28 hərbçinin xəsarət aldığı, onlardan üçünün öldüyü barədə məlumat yayılıb.

Hafta.az bu haqda “Segodnya” nəşrinə istinadla xəbər verir.

“Əksər arılar heç bir səbəb olmadan hücum etmirlər. Odur ki, bu, ərazilərinin işğalına qarşı müdafiə reaksiyası ola bilər. Yəqin ki, rus əsgərləri bal axtarmaq üçün arı pətəklərini talamağa gediblər və nəticədə həşəratların müdafiə cavabı ilə qarşılaşıblar.

Yeri gəlmişkən, “Daily Star” qeyd edir ki, təbiət ikinci dəfədir ki, Rusiyanın Ukraynaya hücumunu yatırmağa kömək edir. Çünki bir müddət əvvəl hərbi təyyarənin bataqlığa düşməsində vəhşi qazlar günahlandırılmışdı”- məlumatda belə deyilir.