Ukraynada avtoqəzada ölənlərin sayı 27 nəfərə çatıb

09:38 04.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ukraynada mikroavtobus, yanacaq daşıyan maşın və sərnişin avtobusunun iştirakı ilə baş verən qəzada ölənlərin sayı 27-ə çatıb.

Hafta.az "UNİANA"a istinadla xəbər verir ki, bu barədə daxili işlər nazirinin müşaviri Anton Geraşenko məlumat yayıb.

“Avtobusda olan 38 sərnişindən yalnız 12-si sağ qalıb. Yanacaq çəninin sürücüsü sağ qalıb, lakin vəziyyəti ağırdır. 27-ci qurban “Mercedes Vito” mikroavtobusunun sürücüsüdür”, - deyə o, "Telegram” kanalında yazıb.

İlkin məlumatlara görə, hadisəyə mikroavtobusun sürücüsü səbəb olub.