Kirovoqrad vilayətində ayağı kəsilmiş keçmiş döyüşçü əsgər Vladimir Bukşa 56-cı briqadadan olan qardaşları üçün pul yığmaq məqsədi ilə ağrılara qalib gələrək kəndləri, şəhərləri, magistral yolları gəzir.
Hafta.az xəbər verir ki, bu barədə “TSN” müxbiri Yelena Şvorakın süjetində bəhs edilir.
Vladimir qardaşları üçün vəsait toplamaqdan ötrü piyada 30 km yol qət edib
Protez və qoltuqağacı olan veteran dayanmaq fikrində deyil, çünki cəbhədə qalan silahdaşlarına kömək etmək istəyir.
"Onlara avtomobil üçün ehtiyat hissələri lazım idi. Mən onlara kömək etdim, vəssəlam - onlar artıq öz işlərini görürlər. Mən onlara hər şeyi aldım, hər şeyi göndərdim", - deyir Vladimir Bukşa.
Hər gün kömək üçün yeni müraciətlər olur. Buna görə Vladimir bu marafona başlayıb - əvvəlcə kəndi piyada keçib, sonra Kropivnitskiyə gedən yolu - sonra əsas küçə ilə şəhər mərkəzinə üz qoyub. Marşrut boyu bayraqlar və ianələrlə müşayiət olunan marafondan sosial şəbəkələr vasitəsilə xəbər tutan şəhər sakinləri onu gözləyirlər.
Vladimir artıq Ukrayna Silahlı Qüvvələri üçün 100 min qriven(təxm. 4526 AZN) toplayıb
Vladimir keçən il Zaporojye istiqamətində yaralanıb - onun avtomobili minaya düşüb. Protezlə yeriməyi çətinliklə öyrənən kimi o, dərhal volontyorluq etməyə başlayıb. Həyat yoldaşı Natalya həmişə yanındadır...
Aksiyaya digər veteranlar da qoşulur. Yavaş-yavaş yeriyirlər - çünki Vladimir hələ protez və qoltuqağacına çox öyrəşməyib. İki saatdan sonra veteran və onun dəstək qrupu Kropivnitskinin mərkəzinə çatıb. Burada qayğıkeş yerli sakinlər artıq onu gözləyirlər. Səfərin ilk otuz kilometrində Vladimir Bukşa yüz min qriven toplayıb. Kropivnitskidə qısa nəfəs alqıqdan sonra o, Ukraynanın qərbinə yollanmağı planlaşdırır…