Ukraynada milyonlarla yaşlı və əlil risk altındadır

09:49 10.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ukraynada münaqişədən xaricə qaça bilməyən milyonlarla yaşlı və əlil risk altındadır.

Hafta.az-ın xəbərinə görə, bu açıqlama ilə Britaniyanın Disasters Emergency Committee (DEC) adlı QHT-si çıxış edib.

Təşkilat bildirir ki, 2 milyondan çox ukraynalı müharibəyə görə ölkə xaricinə çıxıb. Lakin yaşlı və əlilliyi olan insanlar ölkədə qalıblar və risk altındadırlar. Ukraynada yaşı 60-dan çox olan şəxslərin sayı 7 milyonu keçir. Onların çoxuna qulluq edilmir.

Avropa Məhdud Hərəkət Qabiliyyətli Adamlar Forumunun statistikasına görə, Ukraynada əlillərin sayı 2,7 milyon nəfərdir.