Ukraynada öldürülən uşaqların sayı 100-ü keçib

14:20 16.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ukraynada müharibə zamanı öldürülən uşaqların sayı 103-ə çatıb.

Hafta.az-ın xəbərinə görə, bu barədə Ukrayna Baş Prokurorluğunun məlumatında bildirilib.

Qeyd olunub ki, hərbi əməliyyatlar zamanı 400-dən çox təhsil müəssisəsi dağıdılıb, onlardan 59-u tam yararsız hala düşüb.