Dünya aylardır Rusiya ilə Ukrayna arasında gedən müharibəni qorxu içində izləyir. On minlərlə insanın həyatına son qoyan müharibə bütün sürətiylə davam edərkən, dərc edilən görüntülərlə Rusiyanın yeni taktikası ortaya çıxıb.
Britaniyanın Daily Mail qəzetində yer alan xəbərə görə, rus əsgərləri Ukrayna qüvvələrinə qarşı “intihar tankı”ndan istifadə edib.
Telegram-da yayımlanan kadrlarda rus əsgərlərinin içi boş tanklarını partlayıcılarla doldurduğu və pultla Ukrayna səngərlərinə doğru getdiyi görünür.
Britaniya qəzeti Donetskdən gələn yeni videogörüntülərdəki tankın T-54 olduğunu və içərisində 6 ton partlayıcı olduğunu yazıb. Sözügedən videoda Ukrayna əsgərlərinin tankı dayandırmaq üçün sıx səy göstərdiyi görünür.
Eyni xəbərə görə, tank minaya düşüb və böyük partlayışa səbəb olub.
“Daily Mail” yazır ki, “tank ukraynalılardan təxminən 60 metr aralıda dayandırılsa da, partlayışdan yaranan böyük təzyiq dalğası yəqin ki, bəzi əsgərləri öldürüb”.
Rusiya ən azı iki dəfə bu taktikadan istifadə edib, lakin partlayış ilk dəfə kameralara düşüb.