Ukraynalı qaçqınlara 500 milyonluq yardım ayrılır

14:49 06.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ayrılması Avropa İttifaqı tərəfindən razılaşdırılan 500 milyon avro məbləğində Ukraynadan olan qaçqınlara humanitar yardım ilk tranş olacaq.

 

Hafta.az xarici KİV-ə istinadən xəbər verir ki, Bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen söyləyib.

 

"Avropa İttifaqı ukraynalılara yardımın ilk tranşı olaraq 500 milyon avro ayırır... Mən bu gün Avropa İttifaqı ilə fəxr edirəm. Bizim birliyimiz, qətiyyətimiz və həmrəyliyimiz – bu, həqiqətən Avropadır", - o deyib.