Ukraynanın qalib gələcəyi təqdirdə Rusiya nüvə silahından istifadə edəcək - Medvedev

18:39 01.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Rusiya Federasiyasının Ukraynada uduzacağı təqdirdə nüvə zərbəsi ilə bağlı yeni bəyanat təqdim edib.

Hafta.az bildirir ki, o, bu barədə Telegram-da yazıb.

"Rusiya qalib gəlmirsə, görünür, qalib Ukraynadır. Ukraynanın müharibədəki məqsədini Kiyev rejimi adlandırıb - əvvəllər ona məxsus olan bütün ərazilərin geri qaytarılması. Yəni onların Rusiyadan qoparılması. Bu, dövlətimizin mövcudluğu və indiki Rusiyanın süqutu üçün təhlükədir. Bu Dövlət Siyasətinin Əsaslarının 19-cu bəndindən istifadə etmək üçün birbaşa səbəbdir”, - Medvedev yazıb.

O, eyham vurub ki, “nüvə münaqişəsi”ni əslində sistemli şəkildə sivil dünyanı təhdid edən Rusiya deyil, Qərb planlaşdırır.

"Qərb ölkələri dünyanı qlobal müharibəyə sövq edir. Və yalnız Rusiyanın tam və yekun qələbəsi dünya münaqişəsinə qarşı zəmanətdir”, - Medvedev əlavə edib.