Ukraynanın raket anbarı vurulub

13:10 27.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ukraynanın Kiyev yaxınlığındakı raket anbarı məhv edilib. 

Hafta.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov məlumat verib.

Konaşenkovun sözlərinə görə, Rusiya hərbçiləri Ukraynanın Kiyev vilayətinin Plesetskoye kəndində S-300 və Buk zenit-raket kompleksləri üçün nəzərdə tutulan raket anbarını "dənizdə yerləşən yüksək dəqiqlikli uzaqmənzilli silahlarla" məhv edib.