“Ukraynanın Xarkovu itirmək təhlükəsi yüksəkdir...”- "Deutsche Welle"

13:50 25.02.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Ukrayna xalq deputatının fikrincə, Xarkov Kupyanskdan sonra Putinin növbəti hədəfinə çevrilə bilər...

Ukrayna Qərbdən əlavə dəstək almasa, Kupyansk və Xarkovu itirmək şansı yüksəkdir.

Hafta.az xəbər verir ki, bu ehtimalı xalq deputatı Tatyanova Ustinova Almaniyanın "Deutsche Welle" kanalına verdiyi şərhdə irəli sürüb.

"Avdeyevka Ukraynanın necə görünəcəyi ilə bağlı ilk addımdır. Çünki Avdeyevkadan sonra Kupyansk, təəssüf ki, növbəti isə Xarkov olacaq. Xarkov Ukraynanın ikinci ən böyük şəhəridir, orada bir milyondan çox insan yaşayır. Biz başa düşürük ki, böyük bir dəmir yolu qovşağı olan Kupyanskı itirsək, təəssüf ki, əlavə dəstək olmasa, döyüş sursatı olmasa və daha uzunmənzilli raketləri almasaq, vəd edilmiş "F-16"-lara sahib olmasaq, Xarkovu da  itirmək şansımız çox yüksək olacaq.   Təəssüf ki, bu yay böyük problemlə üzləşəcəyik”, -deyə Ali Rada üzvü bildirib.

Xatırladaq ki, bu günlərdə Ukrayna dövlət başçısı Vladimir Zelenski də Kupyanskın işğal təhlükəsini şərh edib.

Oxunma sayı 77