Ukraynaya veriləcək silahları canlı yayımda açıqladı - RUS ORDUSUNA AĞIR ZƏRBƏ

12:10 01.04.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ukraynada müharibə davam edərkən İngiltərədən Rusiyanı qəzəbləndirəcək daha bir addım gəlib. Müdafiə naziri Ben Uolles Britaniya televiziyasına verdiyi açıqlamada Ukraynaya göndəriləcək yeni silahları bir-bir açıqlayıb. Ölkə mətbuatı müharibənin taleyini dəyişəcək silahı manşetlərinə çıxarsa da, bu addım Rusiya ordusuna vurulan son zərbə kimi qiymətləndirilib.

Hafta.az bildirir ki, fevralın 24-də Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə başlayan müharibə 37-ci günündədir. Rusiya işğalına qarşı Ukraynaya dəstəyini artıraraq gündəmi təyin edəcək açıqlamalar İngiltərədən gəlib.

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles deyib ki, Rusiya Ukraynanı işğal etdiyi üçün “daha ​​az əhəmiyyətli” ölkəyə çevrilib.

Uolles Sky News-a deyib: “Putin artıq güclü qüvvə deyil. İndi o, özü qurduğu qəfəsdə qalan adamdır. Onun ordusu tükənmiş və xeyli itki vermişdi. Böyük Rusiya Ordusu titulu məhv edilib. "O, təkcə Ukraynada etdiklərinin nəticələri ilə deyil, həm də ordusuna etdiklərinin nəticələri ilə yaşamalıdır".

Ben Uolles vurğulayıb ki, Rusiya qüvvələri yenidən qruplaşır və diqqətlərini Ukraynanın cənub və şərqinə yönəldirlər.

Ben Uolles həmçinin bəyan edib ki, onun beynəlxalq müttəfiqləri Ukraynaya daha çox hərbi təchizat, o cümlədən zirehli texnika, uzaqmənzilli artilleriya və sursatla təmin etməyə razılaşıblar.
İngilis mətbuatı bu inkişafı 'Putinə son zərbə' başlığı ilə oxucularına təqdim edərkən, xəbərdə Ukrayna ordusunun uzaq mənzilli top sayəsində bəzi bölgələrdən çəkilən Rusiya əsgərlərini hədəfə ala biləcəyi vurğulanıb.

Britaniya Baş Qərargah rəisi, admiral ser Tony Radakin Putinin artıq müharibəni uduzduğunu bəyan edərək, "Mariupol və başqa yerlərin mənzərələri dəhşətlidir və gələcək həftələr çətin olacaq" deyib.