Ümumi orta təhsil bazasında kolleclərə ixtisas seçimi bu gün başa çatır

10:15 07.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ümumi ( 9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq üçün ixtisas seçimi sentyabrın 7-si 23:59-da başa çatır.

Dövlət İmtahan Mərkəzindən hafta.az-a bildirilib ki, ixtisasları seçib hələ təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ ixtisas seçimi etməmiş digər abituriyentlərə qeyd olunan müddətə qədər ərizələrini təsdiqləmək tövsiyə olunur.

İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını https://eservices.dim.gov.az/erizetex/ixtisas1/?frm=egov1 internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.

Müsabiqədə yalnız elektron ərizələrini təsdiqləmiş abituriyentlər iştirak edə biləcəklər.

Ümumi orta təhsil bazasında kolleclərə qəbul aparılan ixtisaslar, plan yerləri və ixtisas seçimi ilə bağlı digər zəruri məlumatlar “Abituriyent” jurnalının 3-cü nömrəsində dərc olunub.