Monarxiyanın dağılmasından əvvəl Kral İdris əs-Senusi tərəfindən Liviyanın vəliəhdi təyin edilən Həsən ər-Rza əs-Senusinin oğlu Şahzadə Məhəmməd Həsən ər-Riza əs-Senusi İstanbulda bir çox liviyalı şəxsiyyətlərlə görüşlərini intensivləşdirib.
Hafta.az-ın yazdığına görə, bu danışıqlarda bərbərlər və tuareglər də daxil olmaqla qərb bölgəsindəki qəbilələrdən olan insanlar da iştirak edir. Yığıncağın məqsədi budur ki, Liviyanı mövcud parçalanmadan xilas etmək üçün ən optimal çıxış yolu olaraq konstitusiyalı monarxiya təsis olunsun.
Şahzadə Məhəmməd Həsən ər-Riza əs-Senusi İngiltərədə yaşayan və uşaqlığından bəri Liviyanı ziyarət etməyən biri kimi, ölkənin qərb bölgəsinə mənsub müxtəlif qəbilə və icmaların elitaları ilə müzakirələrin və ictimai tədbirlərin dördüncü raundundan məmnunluğunu ifadə edib. Sanusi bölgənin müxtəlif hörmətli qəbilə nümayəndələri ilə keçirilən bu görüşlərdə ölkənin parçalanmasının və zəifləməsinin qarşısının alınması istiqamətində səyləri dəstəklədiklərini vurğulayıb.
1962-ci il təvəllüdlü Şahzadə Sanusi bəzi Liviya vətəndaşları tərəfindən "hökumətdən ona yenidən bağlılığını tələb etmək, ölkənin kralı olmaq və konstitusiya məsuliyyətlərini tamamilə öz üzərinə götürmək" üçün arzulanan bir fiqurdur. O, ölkəsində baş verən hadisələrlə bağlı həm bəyanatlar verməklə, həm də təşəbbüs göstərməklə müzakirələr aparır. Digər tərəfdən, son iki həftədə mediada Sanusi ilə müvəqqəti Milli Birlik Hökumətinin prezidenti Əbdülhəmid əd-Dibeybə arasında “monarxiyanın Liviyaya qaytarılmasını asanlaşdıran” razılaşmanın müzakirə edildiyi barədə xəbər yayılıb.