Vaksin vurduranların sayı 3.5 milyonu ötdü

17:05 01.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda son sutkada 85889 nəfərə koronavirus (COVID-19) əleyhinə peyvənd vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 418226 nəfər, ikinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 44063 nəfərdir.

 

Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 3597108 COVID-19 əlyehinə vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2256816 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1340292 nəfərdir.