Əbəs yerə deyil ki, kino ulduzlarının övladları ata peşəsini seçirlər - onlar uşaqlıqdan sənət aləminin içində böyüyürlər və yaradıcı mühit onları kinonu seçməyə sövq edir.
Hafta.az bu yazıda əfsanəvi Bollivud ulduzlarının peşəsini seçmiş məşhur övladlar haqqında ətraflı məlumat verəcək.

Şahrux Xanın oğlu Aryan Xan
Bollivud kralı Şahrux Xanın və prodüser Qauri Xanın ilk övladı olan Aryan Xan 13 noyabr 1997-ci ildə anadan olub. Aryanın 14 yaşı tamam olanda Şahrux və Qauri paparassilərdən gizlənmək üçün onu Londondakı kiçik özəl məktəbə göndəriblər. Los-Ancelesdəki kino məktəbinin rejissorluq fakültəsini bitirən oğlan filmlərdə çəkilmək istəmədiyini bildirib.
Aryan uşaqlıqdan idmana maraq göstərir və taekvondo üzrə qara kəmər sahibidir. 2010-cu ildə Maharaştra ştatında keçirilən yarışlarda qızıl medal qazanıb. Şahrux Xanın böyük oğlu Narkotiklərə Nəzarət Bürosu tərəfindən 2021-ci ildə Mumbaydakı Cordelia Cruises gəmisinə basqın zamanı həbs edilib. Sonradan azadlığa çıxan Aryan Xan kino karyerasına rejissor kimi başlamaq qərarına gəlib və o, ssenaristlik və rejissorluq karyerasına “Stardom” serialı ilə start verib.

Aryan Xan 2019-cu ildə çəkilmiş "Kral Şir" cizgi filminin hindi dublyajında Simbanı səsləndirib. Bu layihə Aryanın səs aktyoru kimi debütü idi.
Aryan Xan şəxsi həyatını ictimaiyyətdən uzaq tutmağa çalışır və sosial şəbəkələrdə nadir hallarda görünür. Bununla belə, o, Bollivuddakı karyerası ilə valideynlərinin yolunu davam etdirmək istəyir.

Şahrux Xanın qızı Suhana Xan
Suhana 22 may 2000-ci ildə anadan olub. Qız çoxşaxəli insan kimi böyüyüb. Rəqs etməyi və idmanı sevir, hekayələr yazır və atası ilə tez-tez kriket matçlarına gedir. Məktəb illərində taekvondo ilə məşğul olub, futbol komandasının kapitanı olub və turnirlərin qalibi olub. Gələcək aktrisa prestijli Dhirubhaya Ambani məktəbində təhsil alıb, daha sonra İngiltərədə varlıların uşaqlarının oxuduğu internat məktəbinə daxil olub.
2018-ci ildə Suhana “Vogue India”nın avqust sayının üz qabığında göründükdən sonra Bollivudda qohumbazlıq haqqında qızğın müzakirələrə səbəb oldu. Jurnal hələ kinoda debütü olmayan 18 yaşlı qızı “tələbə, teatrsevər və gələcəyin ulduzu” kimi qələmə verib.

Kolleci bitirdikdən sonra Nyu York İncəsənət Universitetində təhsil alıb. Orada aktyorluq və səhnə aktyorluğu təhsili alıb. Suhana 19 yaşında 10 dəqiqəlik "Gray Part of Blue" qısametrajlı filmi ilə aktyorluqda debüt etdi. Bu layihə münasibətlərindəki problemləri həll etmək üçün səyahətə çıxan gənc cütlüyün hekayəsindən bəhs edirdi. Film YouTube-da 2 milyondan çox baxış toplayıb və gənc aktrisanın ifası bir dənə də olsun mənfi rəyə səbəb olmayıb.
Əslində heç kim Suhanadan belə yüksək səviyyəli performans gözləmirdi. Tamaşaçılar Şahrux Xanın qızını təsvir etməyə söz tapa bilməyiblər. Qızın atasına oxşadığını, bacarıq və istedadının ən yüksək səviyyədə olduğunu qeyd ediblər. Şahrux Xan qızının Bollivudda uğur qazanmasına kömək etməyib.
2022-ci ilin dekabrında Suhana Zoya Axtarın rejissoru olduğu “Archie” filmində rol aldı. Bu layihə məşhur “Riverdale” teleserialının hindcə uyğunlaşdırılmasıdır. Serialın premyerası Netflix-də baş tutub.

Şridevinin qızları Çanvi Kapur və Xuşi Kapur
Hind kinosunun əfsanəvi aktrisası iki qız böyüdüb: Çanvi və Xuşi Kapur. 1997-ci il təvəllüdlü Çanvi Kapur indi məşhurluq yolundadır. 2018-ci ildə debüt filmi "Ürək döyüntüsü" ilə aktyorluq arzularını gerçəkləşdirdi. Təəssüf ki, Şridevi böyük ekranda qızının debütünə baxa bilmədi.

Çanvi filmdə debütünü 2013-cü ildə 16 yaşındaykən etdi. O,“2-ci kurs tələbəsi” filmindəki roluna görə o, "Ən yaxşı debütant" kateqoriyasında Zee Cine Mükafatını qazandı.
Xuşi 2000-ci ildə anadan olub və hazırda kino sənayesində öz yerini tapmağa çalışır. Netflix-in “Archie” filmində Suhana ilə debüt etdi. Bu filmdə Xuşi aktyorluq məharətini nümayiş etdirərək tamaşaçıların diqqətini çəkib.

Amitabh Baççanın nəvəsi Aqastya Nanda
Bollivudun əfsanəvi aktyorlarından olan Amitabh Baççan və Rac Kapurun nəvəsi Aqastya Nanda 2000-ci il noyabrın 23-də Mumbayda anadan olub. Ana Şveta Baççan Nanda yazıçı və jurnalist, atası Nikhil Nanda isə Hindistanın ən böyük şirkətlərindən olan Escorts Group-un baş direktorudur. Aqastyanın bacısı Navya Naveli Nanda bizneslə məşğuldur.
Aqastya Nanda Londondakı nüfuzlu Sevenoaks məktəbində təhsil alıb. Bu məktəb şahzadə Uilyamın və digər məşhur insanların övladlarının təhsil aldığı Britaniyanın ən yaxşı təhsil ocaqlarından biridir.

Aqastya 2023-cü ildə hind kinosuna daxil olub. Onun debüt filmi gənc rəssam Arçi Endryus rolunu oynadığı "Archie" layihəsi olub.
Bu ilin ikinci rübündə onun daha bir böyük layihəyə - "İki" filminə çəkiləcəyi gözlənilir. Film 1971-ci il müharibəsi zamanı Param Vir Çakras mükafatına layiq görülmüş leytenant Arun Xetrapalın həyatından bəhs edir və rejissoru Sriram Raqavandır.

Sanni Deolun oğlu Racvir Deol
Sanni Deolun kiçik oğlu və Dharmendranın nəvəsi Racvir Deol 12 may 1994-cü ildə Mumbayda anadan olub. Anası Puca Deol və qardaşı Karan Deol da aktyordur. Racvir Mumbaydakı Ecole Mondiale World-də oxuyub.

Onun kino dünyasında debütü 2023-cü ildə “İkkovlon” filmində baş verib. Filmin rejissoru Avniş Barjatya, prodüseri isə Rajshri Productions-dır. Racvirin çıxışı tamaşaçılar və tənqidçilər tərəfindən müsbət qiymətləndirilib.

Mithun Çakrabortinin oğlu Namaşi Çakraborti
Namaşi Çakraborti 4 sentyabr 1992-ci ildə Mumbayda anadan olub. Aktyorluq karyerasına başlamazdan əvvəl o, Şiamak Davar Məktəbində rəqs təhsili alıb və Mumbayda Kişor Namit Kapur adına Aktyorluq İnstitutunu bitirib.
2013-cü ildə “Qəhrəman” adlı qısametrajlı filmə rejissorluq edib, daha sonra qardaşı Mimohun “Məhəbbət çayı” filmində rejissor assistenti kimi fəaliyyət göstərib. Sonra Namaşi "Bad Boy" adlı ilk filmini çəkməyə başlayıb.

Filmin 2020-ci ildə nümayişi nəzərdə tutulurdu, lakin pandemiya səbəbindən layihənin premyerası gecikdi. 2021-ci ilin payızında çəkiliş qrupu çəkilişlər üçün Sankt-Peterburqa yola düşdü və Mithun Çakraborti də dəstəkləmək üçün oğli ilə birlikdə uçdu.
Belə ki, "Bad Boy" filmi 28 aprel 2023-cü ildə ekranlara çıxdı.Filmdə Namaşi ilk aktyorluq işi ilə tamaşaçıların diqqətini çəkməyi bacardı.

Saif Əli Xanın qızı Sara Əli Xan
Sara aktyor Saif Ali Xan və aktrisa Amrita Singhin qızıdır. O, 12 avqust 1995-ci ildə anadan olub. Aktrisa kral ailəsindəndir, çünki ata tərəfdən babası Mənsur Əli Xan keçmiş Bhopal mülkü, navab və birinci dərəcəli kriketçinin varisi idi. Nənəsi Şarmila Taqor da keçmiş aktrisa idi və Rabindranat Taqorun hörmətli sülaləsinə mənsub idi.
Sara Əli Xan məşhur ailənin nümayəndəsi kimi əla təhsil alıb. O, Kolumbiya Universitetini tarix və siyasi elmlər ixtisası üzrə bitirib. 2018-ci ildə valideynlərinin yolu ilə getməyə qərar verdi və “Kadernath” filmində debüt etdi. Bu melodramdan sonra aktrisa böyük uğur qazanıb. Film haqqında rəylər çox qarışıq olsa da, istisnasız olaraq hamı Sara Əli Xanın ifası haqqında həvəslə danışırdı.

Aktrisa debütünə görə ən yaxşı aktrisa kimi nüfuzlu Beynəlxalq Hindistan Film Akademiyası və Filmfare Mükafatlarına layiq görülüb. Daha sonra o, Simba adlı döyüş komediyasında rol aldı.
Daha sonra İmtiaz Əlinin "Məhəbbət dünən və bu gün-2" romantik dramında (2020-ci ildə çəkilib) və "Porter #1" komediyasında rol alıb. Onun hər iki filmdəki performansı tənqidi şəkildə tənqid olundu, lakin davam edən film, fantastik romantik komediya olan “Strange Love” onun reputasiyasını yenidən artırıb.

Saif Əli Xanın oğlu İbrahim Əli Xan
İbrahim Əli Xan aktyor Saif Ali Xan və onun birinci həyat yoldaşı Amrita Singhin oğludur. İbrahimin 18 yaşı tamam olan kimi kino çevrələrində onun rejissor və prodüser Karan Coharla ilk filmini hazırlayacağı haqda xəbərlər yayılıb. 2008-ci ildə atasının çəkdiyi "Stil" filmində debüt edən İbrahim bu yaxınlarda verdiyi müsahibədə məşhur aktyor olmaq istədiyini bildirib.
Fotosessiyalar, qəzet və jurnallarda məqalələr və üz qabığı, şəxsi həyata qeyri-adi maraq, sosial şəbəkələrdə çoxlu pərəstişkarları - bütün bunlar İbrahimi doğulduğu gündən əhatə edirdi.

İbrahim Karan Coharla "Zamin" trillerində çəkilib. Film Kəşmirdə baş verən terror hadisələrindən bəhs edir. Layihənin çəkiliş qrupu İbrahimlə bağlı fikirlərini bildirib: "O, çox mehribandır. Bəzi yeni gələnlərdən fərqli olaraq, İbrahim məşhur aktyorun oğlu olması ilə öyünmür. İbrahim öz işini yaxşı bilir. O, hamıya Saif Əli Xanı xatırladır. Çəkiliş meydançasına gələndə 20 il əvvəl səhnəyə çıxmış Saifə oxşayır...".