Varlı moskvalılar 60 min dollara şəxsi sığınacaq tikdirirlər

09:30 21.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Moskva zənginləri pullarını xərcləyə biləcəkləri yeni sahə kəşf ediblər: şəxsi sığınacaq tikdirirlər.

Hafta.az-ın “Moskvicmag” jurnalına istinadən yazdığına görə, son bir ildə bu sahədə işlər 200-300 faiz artıb.

Jurnalla danışan “Mosbunker” şirkətinin qurucusu Yevgeni Manko bazarın populyarlığını “demək olar ki, hər gün qəzetlərə bu barədə müsahibə verirəm” deyərək izah edib.

Xəbərə görə, maddi imkanı olanlar sənaye fəlakəti, bombardman və ya təbii fəlakət şəraitində yaşaya biləcəkləri sığınacaqlara böyük maraq göstərir.

Manko deyir ki, insanlar pandemiya zamanı şəxsi sığınacaqlara ilk dəfə maraq göstəriblər, lakin Rusiya Ukraynaya qarşı müharibəyə başlayandan sonra işlər daha da yaxşılaşıb. Manko bildirib ki, sifarişlər Ukraynanın əks-hücumunun başlamasından sonra pik həddə çatıb.

Dörd nəfərlik sığınacağın qiyməti 5 milyon rubldan və ya 60 min dollardan başlayır.