Vaşinqton Kiyevə 230 artilleriya qurğusu verib

12:57 03.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiya Federasiyasının xüsusi hərbi əməliyyatı başlayandan bəri ABŞ artıq Ukraynaya 155 mm çaplı 142 M777 haubitsa, 35 105 mm haubitsa, 20 120 mm minaatan və 38 HİMARS reaktiv yaylım atəş sistemi tədarük edib. Bu barədə Dövlət Departamenti məlumat yayıb.

Bundan əlavə, Ukrayna Silahlı Qüvvələri bir milyondan çox artilleriya mərmisi alıb.

Ukrayna həmçinin 200 M113 piyada döyüş maşını, 1400 Switchblade və Phoenix Ghost kamikadze pilotsuz uçan aparatı, zirehli hədəflərlə mübarizə üçün 48 000 portativ raket sistemi, o cümlədən Javelin, 1400 Stinger portativ zenit-raket kompleksləri ilə təchiz edilib.

Ukrayna Silahlı Qüvvələri həmçinin səkkiz NASAMS zenit-raket kompleksi, iki “Harpun” sahil müdafiə raket sistemi, həmçinin radiasiya, kimyəvi və bioloji müdafiə və elektron müharibə sistemlərinin təmin edilməsi üçün alət, avadanlıq və vasitələr alıb.

Ümumilikdə, ABŞ Nəqliyyat Komandanlığının məlumatına görə, Ukraynaya 84 min tondan çox silah və hərbi texnika çatdırılıb.