Vaxtilə televizoru sındıran Taliban indi YouTuberlərə dəstək verir

10:00 11.03.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Əfqanıstanda Taliban hakimiyyətinin iki il yarımını tamamladığı bir vaxtda 1990-cı illərdə televizorları dağıdan, filmləri yandıran təşkilatın yanaşmasında baş verən dəyişikliklər diqqəti çəkir.

Hafta.az-ın “Washington Post”a istinadən yazdığına görə, Talibanın YouTube fenomenlərindən necə istifadə etməyin yollarını arayır. Onlarıb ölkənin imici üçün milyonlarla insana çatan videobloggerlərə güvəndiyi bildirilir.

Rejimin “influencer”lərə yayım lisenziyası verdiyi, onlara televiziya və radio stansiyaları kimi yanaşdığı, qaydalar pozulacağı təqdirdə lisenziyanı ləğv edəcəyi ilə hədələmək kimi kozır oynadığı bildirilib.

Nazirliklərin Taliban administrasiyası üçün faydalı olduğuna inanan youtuberlərə rahatlıq yaratdığı bildirilib.

Əfqanıstan və qonşu Pakistandan 10 məzmun istehsalçısına çatan qəzet, müsahibələrdə Talibanı tənqid edən videoların YouTube kimi platformalardan silindiyini bildirib. Onlardan ikisi qaydaları pozduqları üçün saxlanılaraq dindirildiklərini deyiblər.

"Bizim Əfqanıstan" adlı kanalın YouTube-da 350 min izləyicisi var və diqqəti General Mobin kimi tanınan Taliban tərəfdarına yönəldir. Mobin əsgərlərlə söhbət edir, paltar verir və xəstəxanalara baş çəkir.

40 min izləyicisi olan “Dostdaran Kabul” adlı kanalın əksər videoları Taliban dövründəki şəhərsalmalardan bəhs edir.

23 yaşlı Milad Əzizinin "Kabul Lovers" kanalında Taliban rəsmiləri də daxil olmaqla, mövzulu əyləncəli videolar dərc olunur. Əxlaq polisi ilə serial çəkən Əzizinin 20 əməkdaşı olduğu bildirilir.

“Washington Post” xəbər verir ki, bu kanallardan bəziləri ayda minlərlə dollar qazanır və Əfqanıstan üçün bu rəqəmlər çox yüksəkdir.

Xəbərdə həmçinin bildirilir ki, ölkədə internet hamı üçün əlçatan olmadığından xaricdəki əfqanlar bu videolara xüsusi maraq göstərirlər.