Vətən müharibəsi iştirakçısı qəfil vəfat etdi

22:58 21.06.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Vətən müharibəsi iştirakçısı Mehdiyev Rəşad Rəşid oğlu qəfil vəfat edib.

“Qafqazinfo”nun məlumatına görə, o, ötən gün beyninə qan sızması nəticəsində dünyasını dəyişib.

Məlumatı mərhumun yaxınları təsdiqləyib.

Qeyd edək ki, 26 yaşlı Rəşad Mehdiyev Vətən müharibəsinə könüllü yollanıb. O, “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.