Vətəndaşlar silahlarını könüllü polisə təhvil verirlər

09:38 08.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Vətəndaşlarda olan odlu silah-sursatların könüllülük prinsipi əsasında təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyindən hafta.az-a bildirilib ki, ötən günlər ərzində Səbail Rayon Polis İdarəsinə müraciət edən paytaxt sakinləri E.Hüseynov dünyasını dəyişən babasından qalan “İJ-18”, R.Əbilova dünyasını dəyişən həyat yoldaşından qalan “Chircill” və A.Kərimov dünyasını dəyişən atasından qalan “Toz-17” markalı ov tüfənglərini könüllü olaraq təhvil veriblər. Əhalidə saxlanılan qanunsuz odlu silahların könüllülük prinsipi əsasında təhvil verilməsi istiqamətində aparılan profilaktik tədbirlərə dəstək verdikləri üçün vətəndaşlara təşəkkür edilib.

Həmçinin Badamdar qəsəbəsi ərazisində odlu silah-sursatın olması barədə daxil olan məlumat əsasında Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı həmin yerə baxış keçirilib. Qeyd edilən ünvandan təhlükəsizlik tədbirləri görülməklə 1 ədəd “Kalaşnikov” avtomatı, 72 ədəd patron, 1 ədəd patron darağı və 1 ədəd qumbara aşkar olunaraq götürülüb.

Oxunma sayı 38
Siyasət rubrikasından digər xəbərlər