“Vurduğu ziyanlara qarşı Ermənistandan Zəngəzur dəhlizi tələb edilə bilər” – Abdullah Buksur

11:25 15.12.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Ermənistan illərlə Azərbaycanın bir parçası olan Qarabağ torpaqlarını hüquqsuz şəkildə işğalda saxladı, bu reallıqdır və cavab verməlidir”.

Hafta.az-ın yazdığına görə, bu sözləri Türkiyə İnsan Haqları Avrasiya Forumunun rəhbəri Abdullah Buksur Prezident İlham Əliyevin Zəngəzur və Laçın dəhlizləri haqda fikirlərinə münasibət bildirərkən deyib. O qeyd edib ki, Ermənistan 28 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlamaqla böyük hərbi cinayətlər törədib. “Ermənistan Xocalıda soyqıım törədib, bilincli şəkildə etnik təmizləmə aparıb və  bütün bunların hesabını verməlidir. Xüsusilə də, bütün bu cinayətlərindən dolayısı Azərbaycana hərbi təzminat ödəməlidir. Buna imkanı yoxdursa, o zaman Azərbaycan tərəfi Naxçıvan dəhlizini tələb edə bilər”, - deyib cənab Abdullah Buksur.

Siyasət rubrikasından digər xəbərlər