WUF13 qlobal şəhərsalma problemlərinin həllinə töhfə verəcək

16:43 21.05.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda keçirilən bu sessiya hazırda qlobal şəhərsalmada qarşıya çıxan problemlərin həllinə real töhfə verəcək. İştirak etdiyim panellər və xüsusi dialoq sessiyaları göstərir ki, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) qlobal mənzil təminatı məsələlərinə son dərəcə ciddi yanaşır.

Hafta.az bildirir ki, bu fikirləri AZƏRTAC-a müsahibəsində BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında iştirak edən Nigeriya təmsilçisi, şəhərsalma üzrə mütəxəssis Qabriel Ameh deyib.

O bildirib ki, WUF13, həmçinin müxtəlif dövlətlərin öz şəhərlərindəki urbanizasiya və mənzil problemlərini tənzimləmək üçün tətbiq etdikləri fərqli strateji üsulları nümayiş etdirmək baxımından çox səmərəli oldu.