XİN-in müavini İƏT İcraiyyə Komitəsinin növbədənkənar görüşündə iştirak edib

22:55 07.08.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avqustun 7-də Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının İcraiyyə Komitəsinin xarici işlər nazirləri səviyyəsində növbədənkənar görüşü keçirilib.

XİN-dən hafta.az-a bildirilib ki, görüşdə Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Yalçın Rəfiyev təmsil edib.

Tədbir zamanı İsrail-Fələstin münaqişə zonasında son vəziyyət, onun regiona yaratdığı təhdidlər və həll yolları müzakirə edilib.

Görüşün sonunda Yekun Kommünike qəbul edilib.

Siyasət rubrikasından digər xəbərlər