Xaçmaz polisinə bugün 7 ədəd sənədsiz silah təhvil verilib

15:27 27.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xaçmaz polisinə bugün 7 ədəd sənədsiz silah təhvil verilib

DİN-in Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib. Qeyd olunan tədbirlər zamanı bu gün ərzində polis əməkdaşları tərəfindən 7 ədəd müxtəlif növ tüfəng təhvil götürülüb.

 

Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.

Oxunma sayı 64