Xaçmaz sakini qardaşını ölümcül hala saldı

19:20 04.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xaçmazda bıçaqlanma hadisəsi olub.

“Kriminalqafqaz”ın məlumatına görə, rayonun İstisu qəsəbəsində 1971-ci il təvəllüdlü Bəxtiyar Xalıqov münaqişə zəminində qardaşı Ramiz Xalıqovu bıçaqlayıb. O, özündən 11 yaş böyük olan qardaşının döş qəfəsinə ağır xəsarət yetirib.

Hadisəni törədən B.Xalıqov saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş başlanılıb.