Xaçmazda 36 yaşlı kişi qətlə yetirilib

15:07 02.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Noyabrın 2-i saat 11 radələrində Xaçmaz rayonunda 1987-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Samir Alxasovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat xidmətindən hafta.az-a bildirilib ki, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, araşdırmalar aparılır.
Əlavə məlumat veriləcək.