Xankədidə silah-sursat aşkar olunub

11:49 12.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 11-də Xankəndi şəhəri ərazisindən 1 avtomat silahı, 1 tüfəng, 4 alışdırıcı, 16 patron darağı, 850 ədəd müxtəlif çaplı patron və digər sursatlar, həmçinin yaşayış mənzillərinin birindən 3 kiloqramdan artıq marixuana aşkar olunaraq götürülüb.

Hafta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.