Yazını böyüt
Yazını kiçilt
Xankəndi şəhərində yol kənarında Azərbaycan dilində Xankəndi lövhəsi quraşdırılıb.
Hafta.az xəbər verir ki, məlumatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli də təsdiq edib.
“Məlumat üçün bildirim ki, Azərbaycan Respublikasının ərazisində yerləşən yeni inşa edilmiş və mövcud olan bütün avtomobil yollarının kənarlarında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yaşayış məntəqələrimizi və bu məntəqələrə qədər olan məsafəni bildirən məlumatverici lövhələr quraşdırılır və zərurət yarandıqca da quraşdırılacaq”, - o bildirib.