Xankəndidə silah-sursat aşkarlandı

10:38 03.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xankəndidə silah-sursat aşkar edilib.

Bu barədə hafta.az-a  Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 2-də Xankəndi şəhəri ərazisindən 14 avtomat silahı, 1 pulemyot, 1 tüfəng, 47 patron darağı, 900 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.