Xankəndidə silah-sursat aşkarlanıb

10:20 27.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xankəndidə silah-sursat aşkarlanıb.

Bu barədə hafta.az-a DİN-in mətbuat xidmətindən bildirilib.

 

Qeyd edilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 26-da Xankəndi şəhəri ərazisindən 7 ədəd müxtəlif markalı avtomat silahı, 1 pulemyot, 1 tapança, 10 qumbara, 3 trotil, 70 patron darağı, 2210 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.