Xankəndidə xeyli silah-sursat tapılıb

10:24 12.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xankəndidə xeyli silah-sursat tapılıb.

DİN-dən hafta.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 11-də Xankəndi şəhəri ərazisində 7 ədəd avtomat silahı, 2 tüfəng, 11 ədəd qumbara, 10 qumbara alışdırıcısı, 25 ədəd patron darağı, 2487 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.