Xərclər 6 milyard manat artıb - Əli Əsədov

12:31 05.12.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“İnfilyasiya tədbirləri infilyasiyaya azaldıcı təsir göstərib. Orta illik, infilyasiya 1 rəqəmli səviyyədə proqnozlaşdırılır”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında çıxış edən baş nazir Əli Əsədov bildirib.

Nazir infilyasiyanın səbəblərinin araşdırılması ilə bağlı zəruri işlərin görüldüyünü deyib.

“Əhalinin real gəlirləri, alıcılıq qabiliyyətinin qorunması ilə bağlı zəruri tədbirlər davam edir.

2024-cü ildə də əsas xərc istiqaməti sosial təminat, sosial müdafiə olacaq” - deyə baş nazir bildirib.

Baş nazir qeyd edib ki, 2020 illə müqayisədə 2023-cü ildə xərclər 6 milyard manat artıb.

“4 milyon insanı əhatə edən 4 sosial islahat icra edilib. Bu islahatlara 7 milyard manat ödənib. Azərbaycan Respublikası sosial xidmətin inkişafına dair 2023-2026-cı il Dövlət Proqramı təqdim edilib. Qarabağın işğaldan azad olunmasından keçən 3 il müddətində dövlət büdcəsinə 12 milyard ayrılıb. 2024-cü il üçün 4 milyard ayrılıb”.

Oxunma sayı 46