Xəzər rayonunda evdən beş min manat pul oğurlanıb

15:46 13.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xəzər Rayon Polis İdarəsinin 2-ci polis şöbəsinə iyunun 10-da Buzovna qəsəbəsindəki evlərin birindən beş min manat pulun oğurlanması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri E.Məzahirli və K.Nağıyev müəyyənləşdirilərək saxlanılıblar.

Faktla bağlı təhqiqat davam edir.