Xocalıda 32 ildən sonra ilk Bilik Günü KEÇİRİLİB

12:05 16.09.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Otuz ildən sonra işğaldan azad olunan Xocalıda ilk Bilik Günü keçirilir.

Hafta.az xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov, Qarabağ Regional Təhsil İdarəsinin müdir müavini Anar Məcidov, məktəb kollektivi və valideynlər iştirak edirlər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.